Belaruslu müdafiəçi: "Bizi çətin oyunun gözlədiyini yaxşı başa düşürük"

Xəbərlər
24 Mart 2025 19:32
50
Belaruslu müdafiəçi: "Bizi çətin oyunun gözlədiyini yaxşı başa düşürük"

"Bizi çətin oyun gözləyir".

İdman.biz xəbər verir ki, bunu Belarus milli komandasının futbolçusu Kiril Peçenin Azərbaycan yığmasına qarşı keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil edilən mətbuat konfransında deyib.

Futbolçu iki dəfə millimizə qarşı oynadığını vurğulayıb: "Azərbaycana qarşı Minskdəki oyun çoxdan olub. Ancaq Bakıdakı matçı yaxşı xatırlayıram. Hazırda rəqibin heyətində çox yaxşı oyunçular var. Xüsusilə də, “Qarabağ”ın futbolçularını qeyd edə bilərəm. Onlar avrokuboklarda oynayırlar. Sabah bizi çətin oyunun gözlədiyini yaxşı başa düşürük".

28 yaşlı müdafiəçi meydança amilinə də toxunub: "Əlbəttə ki, təbii örtükdə oynamaq daha yaxşıdır. Ancaq Belarusdakı mövcud şərtlərlə əlaqədar olaraq, futbolçular həm təbii, həm də süni meydançaya öyrəşiblər".

Aytac Sahəd
İdman.biz