PSV-nin futbolçusunda vərəm aşkarlanıb

Xəbərlər
25 Mart 2025 10:13
48
PSV-nin futbolçusunda vərəm aşkarlanıb

PSV-yə yeni qoşulan ispaniyalı futbolçusu Lukas Peres ciddi problemlə üzləşib: ona vərəm diaqnozu qoyulub.

İdman.biz "De Telegraaf"a istinadən xəbər verir ki, xəstəlik onun Niderland klubuna transferindən cəmi bir ay sonra aşkarlanıb.

Vinger ən azı dörd həftəlik təcrid də daxil olmaqla, uzun müddət yaşıl meydanlardan kənar qala bilər.

Peres fevralın sonunda PSV ilə qısamüddətli müqavilə imzalayıb və ümumilikdə 24 dəqiqə oynayaraq komandanın heyətində cəmi iki matç keçirib. İndi xəstəliyi səbəbindən onun mövsümün qalan hissəsində iştirakı sual altındadır.

Peres daha çox oynamaq üçün "Deportivo La Koruna"dan PSV-yə keçsə də, xəstəlik onun Erediviziyada özünü göstərməsinə mane ola bilər.

İdman.biz

Məqalədə: