Azərbaycan millisi növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşündə qüvvəsini sınayıb.
Fernandu Santuşun yetirmələri Belarus yığması ilə qarşılaşıblar. “Bank Respublika Arena”da baş tutan oyunda meydan sahibləri qələbə qazanıblar. Belaruslar fasilədən sonra iki dəfə fərqləniblər.
İki gün əvvəl Sumqayıtda Haitiyə 0:2 hesabı ilə uduzan millimiz bu dəfə də meydanı qol vurmadan tərk edib.
Yoldaşlıq oyunu
25 mart
21:45. Azərbaycan - Belarus - 0:2
Qollar: Zabelin, 59. Demçenko, 78
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Azərbaycan: 23. Rza Cəfərov, 21. Mert Çelik, 4. Bəhlul Mustafazadə (k), 14. Zamiq Əliyev, 17. Toral Bayramov, 6. Ozan Kökçü, 18. Səbuhi Abdullazadə, 25. Şahin Şahniyarov, 10. Mahir Emreli, 24. Xəyal Əliyev, 19. Nəriman Axundzadə
Baş məşqçi: Fernandu Santuş
Belarus: 16. Lapouxov, 3. Zabelin, 6. Politeviç (k), 4. Qavriloviç, 2. Peçenin, 9. Ebon, 14. Yablonski, 19. Kovalyov, 17. Lisakoviç, 10. Qromiko, 23. Melniçenko
Baş məşqçi: Karlos Alos
Bank Respublika Arena
Qeyd edək ki, yığmamız üç gün əvvəl Sumqayıtda Haitiyə 0:3 hesabı ilə uduzub.
İdman.biz