Karlo Ançelotti İtaliya futbolunun xüsusi "Qızıl skamya" ("Panchina d'Oro") mükafatına layiq görülüb.
İdman.biz xəbər verir ki, "Real Madrid"i çalışdıran italiyalı mütəxəssis Koverçianodakı məşqçilər məktəbində keçirilən tədbirdə karyerasındakı uğurlarına görə mükafatlandırılıb.
İtaliyada "Parma", "Yuventus", "Milan" və "Napoli" kimi komandaları çalışdırmış Ançelotti təltifə görə təşəkkürünü bildirib: “Həmkarlarım tərəfindən mükafata layiq görülmək mənim üçün böyük şərəf və qürurvericidir. Florensiyada gözəl bir gün, hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, ondan əvvəl karyerasına görə "Qızıl skamya" mükafatını Azeglio Vicini (1991), Enzo Bearzot (1992), Cesare Maldini (1996), Carlo Mazzone (2002) və Luis Vinicio (2016) qazanıblar.
İdman.biz