Harri Keyn İngiltərə millisində 71-ci qolunu vurub.
İdman.biz xəbər verir ki, 31 yaşlı hücumçu DÇ-2026-nın Latviya ilə seçmə oyununda fərqlənib.
O, yığmasının ən yaxşı bombardiridir. Keyn 104 matçda 71 qola sevinib.
Maraqlıdır ki, daha bir nəhəngin - Almaniya millisinin bombardiri Miroslav Kloze də eyni sayda qol vurub. Amma Keynin çatdığı almaniyalı 137 oyunda 71 dəfə fərqlənib.
Qeyd edək ki, İngiltərə Latviyanı 3 cavabsız qolla məğlub edib.
İdman.biz