21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, yığmamız Türkiyənin Antalya şəhərində gerçəkləşən təlim-məşq toplanışında ikinci yoxlama görüşünə çıxıb.
Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. 90 dəqiqə ərzində komandaların səyləri nəticəsiz qalıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.
U-21-lər arasında yoldaşlıq oyunu
25 mart
21:00. Azərbaycan – Şimali Makedoniya - 0:0
Qeyd edək ki, millimiz martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.
İdman.biz