Kamran Ağayevə çatacaq futbolçu kimdir? - FOTO

Xəbərlər
25 Mart 2025 15:00
53
Kamran Ağayevə çatacaq futbolçu kimdir? - FOTO

Bu gün Belarusla qarşılaşacaq Azərbaycan millisinin heyətindəki futbolçuların oyun və qol göstəriciləri açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Fernandu Santuşun sərəncamında olan ən təcrübəli oyunçu Bədavi Hüseynovdur.

O, yığmada 78 oyun keçirib. Belarusla qarşılaşmada meydana çıxsa, milliləşən legioner 79-cu görüşünü keçirəcək. Hüseynov bununla da Kamran Ağayevə çatacaq. Bu, milli tarixində 4-cü göstəricidir. Yalnız üç futbolçu daha çox oyun keçirib.

İki futbolçu bu gün yubiley qeyd edə bilər. Aleksey İsayevlə Coşqun Diniyev 30-cu oyuna çıxmaq şansına malikdirlər.

5 oyunçu isə debütünü gözləyir. Onlardan ikisi qapıçıdır. Aydın Bayramov, Əlirza Müştəbazadə, Mert Çelik, Ağadadaş Salyanski, Şahin Şahniyarov yığmada ilk oyunu keçirə bilərlər.

futbolçu

oyun

qol

Bədavi Hüseynov

78

1

Mahir Emreli

52

6

Renat Dadaşov

35

4

Bəhlul Mustafazadə

34

1

Toral Bayramov

30

4

Aleksey İsayev

29

1

Coşqun Diniyev

29

0

Elvin Cəfərquliyev

27

1

Rahil Məmmədov

23

0

Elvin Camalov

21

0

Musa Qurbanlı

17

3

Amin Seydiyev

12

0

Ozan Can Kökçü

12

0

İsmayıl İbrahimli

8

0

Nəriman Axundzadə

5

0

Rza Cəfərov

3

-6

Zamiq Əliyev

1

0

Xəyal Əliyev

1

0

Səbuhi Abdullazadə

1

0

Rəhman Daşdəmirov

1

0

Aydın Bayramov

0

0

Mert Çelik

0

0

Ağadadaş Salyanski

0

0

Şahin Şahniyarov

0

0

Əlirza Müştəbazadə

0

0

Vüqar Xeyrullayev
İdman.biz