“Real”ın milyonları: İspaniya nəhəngi rekorda gedir

Xəbərlər
25 Mart 2025 15:38
57
“Real”ın milyonları: İspaniya nəhəngi rekorda gedir

“Real”ın mövsümün ilk yarısı üçün maliyyə hesabatı bəlli olub.

İdman.biz xəbər verir ki, İspaniya nəhənginin 2024-cü ilin iyul-dekabr aylarındakı ümumi gəlirləri 589,9 milyon avro təşkil edib.

Bu, bir il əvvəlki ilə müqayisədə 27,9 faiz çoxdur. “Santyaqo Bernabeu”nun qeyri-iş vaxtlarında gətirdiyi gəlir 43,9 milyona bərabərdir ki, bu da bütün ötən mövsümün 95 faizini təşkil edir.

Oyun günləri gəlirləri 149,6 milyona çatıb. Bir il əvvəl bu rəqəm 94,5 milyon olub.

Marketinq gəlirləri 38,6 faiz artaraq 250,4 milyona yüksəlib. Bu göstəricilər göstərir ki, klub mövsümü rekordla başa vuracaq.

İdman.biz

Məqalədə: