Blatter və Platini bəraət alıblar

Xəbərlər
25 Mart 2025 16:32
40
Blatter və Platini bəraət alıblar

FIFA-nın sabiq prezidenti Zepp Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq işi ilə bağlı bəraət alıblar.

İdman.biz xəbər verir ki, onlar 2021-ci ilin noyabrında dələduzluq, vəsaitlərin mənimsənilməsi, cinayətkar idarəetmə və sənədlərin saxtalaşdırılmasında ittiham olunublar.

Araşdırmaya FIFA büdcəsindən UEFA-ya 2,3 milyon dollar məbləğində vəsaitin ödənilməsi səbəb olub. Eyni zamanda, prokurorluq Blatter və Platininin 1 il 8 ay müddətinə şərti cəzaya məhkum edilməsini istəyib.

Blatter və Platini günahkar olduqlarını rədd edərək, konsultasiya xidmətləri üçün bu məbləği ödəməklə bağlı əvvəlcədən razılaşdıqlarını bildiriblər.

İdman.biz