"Sabah"ın futbolçusu Stas Pokatilov Qazaxıstan millisinin düşərgəsini tərk edib.
Bu barədə İdman.biz-ə 33 yaşlı qapıçının özü məlumat verib.
O bildirib ki, komandasından ayrılmasına səbəb viza məsələləri ilə bağlı problem olub: “Səhhətimdə hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Sadəcə Şengen vizamla bağlı kiçik problemlər yaşadım. Sağlamam və "Sabah"la növbəti oyuna hazırlaşıram”.
Qeyd edək ki, Pokatilovun formasını geyindiyi Qazaxıstan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə oynayacaq.
Aytac Sahəd
İdman.biz