Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız yoldaşlıq oyununda Belarusla qarşılaşacaq.
Bakıda baş tutacaq matç komandamızın tarixində 307-i sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 306 oyuna çıxıb.
Bu müddətdə 61 qələbə qazanan futbolçularımız 79 heç-heçəyə nail olub və 166 dəfə uduzub. Əvvəlki 306 qarşılaşmada 235 qol vuran futbolçularımız 513 top buraxıb.
Bu, millinin yoldaşlıq oyunları çərçivəsində 141-ci matçı olacaq. İndiyədək 140 belə qarşılaşma keçirən komandamız 40 qələbə qazanıb, 45 heç-heçə edib və 55 dəfə xalsız qalıb. 134 qol vuran millimiz 178 top buraxıb.
Bu, Fernandu Santuşun baş məşqçi postunda 8-ci yoldaşlıq oyunu olacaq. Millimiz portuqaliyalı ilə qələbə əldə etməyib. 1 heç-heçəsi olan və 6 məğlubiyyət alan komanda 3 qol vurub, 20 topa üzülüb.
Qeyd edək ki, Azərbaycan – Belarus görüşü martın 25-də “Bank Respublika Arena”da keçiriləcək.
Vüqar Xeyrullayev
İdman.biz