Millətlər Liqasında 1/4 final və pley-offun cavab oyunlarından sonra canlı FİFA reytinqində yerdəyişmələr baş verib.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin də indiki an üçün mövqeyi bəlli olub.
Yığmamız hazırda dünyanın 118-cisidir. Komandamızın hesabında 1154,91 xal var.
Fernandu Santuşun yetirmələri FİFA-nın son cədvəlindəki mövqeyini 1 pillə pisləşdirib. Yoldaşlıq görüşündə Haitiyə 0:3 hesablı ev məğlubiyyəti 3,79 xal itkisinə səbəb olub. Bu da Liviyanın Azərbaycanı keçməsinə səbəb olub.
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu sabah Belarusa qarşı keçirəcək.
İdman.biz