Bu gün "Bank Respublika Arena"da keçiriləcək Azərbaycan - Belarus yoldaşlıq görüşündən əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
İdman.biz xəbər verir ki, sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.
Qeyd edək ki, oyun saat 21:45-də başlayacaq.
İdman.biz