"Zirə" və "Səbail"in futbolçuları 2-ci pilləyə yüksəliblər

Xəbərlər
25 Mart 2025 23:05
46
"Zirə" və "Səbail"in futbolçuları 2-ci pilləyə yüksəliblər

"Zirə" və "Səbail"də çıxış edən edən futbolçular DÇ-2026-nın seçmə mərhələsində meydana çıxıblar.

İdman.biz xəbər verir ki, Ange Mursinzi və İnnosent Nşuti Ruanda yığmasında növbəti oyuna çıxıblar.

Onlar Lesoto ilə 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın start heyətində meydana çıxıblar. Ange oyunu əvəzolunmadan keçirsə də, İnnosent 77 dəqiqə meydan olub.

Qeyd edək ki, 6 turdan sonra 8 xal toplayan Ruanda yığması qrupda 2-ci pilləyə yüksəlib.

İdman.biz