Azərbaycan və Belarus milli komandaları arasında “Bank Respublika Arena”da keçirilən yoldaşlıq oyununa futbolçularla birlikdə çıxan uşaqların əksəriyyəti şəhid övladları olub.
İdman.biz xəbər verir ki, bu addım Azərbaycanın qabaqcıl banklarından olan “Bank Respublika”, AFFA və YAŞAT Fondunun birgə təşəbbüsü ilə həyata keçirilib.
Uşaqlar xüsusi hazırlanmış formada meydana daxil olublar.
İdman.biz