"Təəssüf ki, bəsit səbəblərdən qol buraxdıq".
İdman.biz xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus millisi ilə yoldaşlıq matçından sonra keçirilən mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis yığmamızın 0:3 hesablı məğlubiyyətini şərh edib: "İlk hissədə balanslı oyun keçdi. İlk on beş dəqiqə arxaya meylli oynayırdılar. Biz onlara başa saldıq ki, önə getmək, hücum etmək lazımdır. Bundan sonra onlar hücumlar qurmağa başladılar. Hər iki komanda qol epizodları yaratdı. Ancaq biz qapımızda iki qol buraxdıq. İkinci hissəyə yaxşı başladıq. Xəyal mükəmməl oyun göstərirdi. Toralın zərbəsi də yaddaqalan oldu. İlk on beş dəqiqəni yaxşı keçirdik. Renatı sonra meydana buraxdım ki, o cüssəlidir, topu özündə saxlaya biləcək. Şahinin oyunu da yaxşı idi. Unutmaq olmaz ki, bu onun ilk oyunu idi. Ümumi baxanda oyunçularım yaxşı çıxış etdi".
Qeyd edək ki, yığmamız iki yoxlama matçında ümumi hesabda 0:5 hesabı ilə uduzub.
Aytac Sahəd
İdman.biz