Norveçli futbolçudan son 54 ilin rekordu

Xəbərlər
26 Mart 2025 10:50
63
Norveçli futbolçudan son 54 ilin rekordu

Norveçli Erlinq Holand DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İsraillə qarşılaşmada (4:2) komandasının sonuncu qoluna imza atıb.

İdman.biz xəbər verir ki, “Mançester Siti”li forvard Norveç millisində 41 oyunda 40-cı qolunu vurub.

Bu, avropalı futbolçular arasında son 54 ildə ən sürətli nəticədir. 1971-ci ildə Gerd Müller Almaniya millisində 40-cı qolunu 33-cü oyununda vurmuşdu.

İdman.biz

Məqalədə: