Argentina millisi iki yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, Lionel Skaloninin yetirmələri buna DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XIV turunda nail olub.
“Albiseleste” evdə Braziliyanı 4:1 hesabı ilə darmadağın edib.
Bununla da Argentina Cənubi Amerika üzrə seçmə oyunda “pentakampeonlar”a 4 qol vuran ilk komanda kimi tarixə düşüb. Bunadək Braziliya heç bir rəqibdən 4 top buraxmayıb.
Bundan başqa, Argentina cari tsiklin hər iki matçında rəqibini məğlub edib. Braziliya mundialın zona seçmələrində heç vaxt eyni rəqibə iki dəfə uduzmamışdı.
Qeyd edək ki, Argentina 14 turdan sonra mundiala vəsiqəni də təmin edib.
İdman.biz