DÇ-2026-nın seçmə mərhələsinin Argentina – Braziliya oyunu bəzi maraqlı faktlarla əlamətdar olub.
İdman.biz xəbər verir ki, İFFHS bu matçla bağlı qısa hesabat təqdim edib.
Braziliya bunadək sonuncu dəfə DÇ-2014-ün final mərhələsində Almaniya ilə görüşdə (1:7) 4 və ya daha çox top buraxıb.
Braziliya bunadək Cənubi Amerika yığmasından sonuncu dəfə Amerika kuboku-1987-də Çili ilə görüşdə (0:4) 4 və ya daha çox top buraxıb.
Braziliya bunadək sonuncu dəfə Argentinadan Amerika kuboku-1959-un görüşündə (1:4) 4 və ya daha çox top buraxıb.
Argentinanın start heyətində DÇ-2022-nin Xorvatiya ilə yarımfinal matçındakı 10 oyunçu yer alıb. Yalnız Lionel Messini Tyaqo Almada əvəzləyib.
Start fitindən 3 dəqiqə 47 saniyə sonra qol vuran Xulian Alvares Braziliya ilə seçmə mərhələ derbisindəki 3-cü ən erkən topun müəllifi olub. 2001-ci ildə Roberto Ayala 2-ci dəqiqədə avtoqola üzülüb, 2005-ci ildə Ernan Krespo 3-cü dəqiqədə qol vurub.
Argentina tarixində 3-cü dəfə seçmə mərhələdə 12-ci dəqiqədə 2:0 hesabı ilə öndə olub. 1960-cı ildə Ekvador, 2021-ci ildə Kolumbiya ilə görüşdə də belə üstünlük qeydə alınıb. 65 il əvvəl 2-ci ol elə indiki kimi 12-ci, kolumbiyalılarla matçda daha tez – 8-ci dəqiqəyə təsadüf edib.
Braziliya seçmə mərhələlərdə ikinci dəfə ilk 45 dəqiqədə 3 top buraxıb. 2005-ci ildə Argentina bunu bacarmışdı.
Qeyd edək ki, 4:1 hesablı qələbə qazanan “Albiseleste” Braziliyanı hər iki seçmə oyunda udan və bir seçmə matçında 4 top vuran ilk komanda kimi də tarixə düşüb.
İdman.biz