DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində iştirak edən komandaların şansları açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının da mundiala yüksəlmək ehtimalı bəlli olub.
Fernandu Santuşun yetirmələri D qrupunda Fransa, İslandiya və Ukrayna ilə mübarizə aparacaq.
Millimizin qrupda 1-ci yeri tutmaq şansı 0,43-ə bərabərdir. İkincilik şansı 6,42-dir.
Yığmamızın üçüncü olacağı 23,58 faizlə dəyərləndirilir. Sonuncu olmaq ehtimalı daha yüksəkdir – 69,57.
Bir sözlə, millimizin mundialda və ya pley-offda oynamaq imkanları 6,85, kənarda qalması isə 93,15 faizlə qiymətləndirilir.
Qeyd edək ki, qrupun favoriti Fransa 83,96 faiz ehtimalla 1-ci olacaq. Ukraynanın 12,47, İslandiyanın 3,14 faiz şansı var.
İdman.biz