Azərbaycan millisinin sabiq forvardı Branimir Subaşiç Sportal.az saytına açıqlama verib.
İdman.biz xəbər verir ki, o, yığma komandamızın Haiti və Belarusa məğlubiyyətini şərh edib. Bununla yanaşı, millimizin hazırkı durumuna münasibət bildirib:
"Haiti və Belarusla görüşdə qeydə alınan nəticələr mənim üçün gözlənilməz idi. Çünki belə nəticələrə imkan vermək olmaz. Görünən odur ki, bəzi dəyişikliklərə ehtiyac var. Hər şeydən əvvəl milli komandaya qarşı yanaşmanı dəyişmək lazımdır. Kiməsə xoş gəlib-gəlməməsinin önəmi yoxdur, bunu etmək lazımdır. Azərbaycan millisinin nə vaxt qalib gələcəyini söyləmək çətindir. Lakin açığı, bunun uzaq olduğunu da düşünmürəm. Axı hər cür şərait yaradılıb. Gənc futbolçulara üstünlük vermək lazımdır. Görünür ki, çox şeyi dəyişmək lazımdır.Azərbaycan millisinin uğurlarına həmişə sevinirəm. Çox istəyərdim ki, komandamız uğurlu çıxış etsin. Amma bunun üçün nə çatışmır, bilmirəm".
Subaşiç DÇ-2026-nın seçmə mərhələsində Ukrayna, İslandiya və Fransa ilə eyni qrupda yer alması haqda da danışıb: "DÇ-2026-nın seçmə mərhələsində çox çətin rəqiblərimiz var. Daha biri də Fransa oldu. Əlbəttə ki, çox çətin olacağı dəqiqdir. Ümidvaram ki, Azərbaycan üçün yaxşı nəticələr qeydə alınacaq".
İdman.biz