Azərbaycan və Andorra - eyni taleyi yaşayan komandalar

Xəbərlər
26 Mart 2025 15:25
59
Azərbaycan və Andorra - eyni taleyi yaşayan komandalar

Martda 2025-ci il futbol mövsümünə start verən Avropa milli komandalarından yalnız beşi bu oyunlarda rəqib qapılarına yol tapa bilməyib.

İdman.biz xəbər verir ki, onların arasında keçirdiyi hər iki matçda məğlub olan və vurulan/buraxılan toplara görə ümumi 0:5 göstəricisinə malik Azərbaycan yığması da var.

İlə qolsuz başlayan digər komandalar Andorra (0-4), Lixtenşteyn (0-5), Malta (0-3) və hətta Slovakiyadır (0-1).

Ötən ilə də nəzər salsaq, Lixtenşteyn və Slovakiyanın qolsuz seriyası elə 2 oyuna bərabərdir. Malta son 3 qarşılaşmada fərqlənməyib. Yalnız Azərbaycan və Andorra milliləri 4 oyundur rəqib qapılarına yol tapa bilmirlər. Hər iki komanda sonuncu dəfə 2024-cü ilin oktyabrında qol vurub.

İdman.biz

Məqalədə: