Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı daha əvvəl şahid qismində iştirak edən mühafizəçi saxlanılıb.
İdman.biz xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
Bildirilir ki, Maradonanın keçmiş cangüdəni yalan ifadə verdiyinə görə saxlanılıb.
Söhbət futbolçunun ölümü zamanı onun evində olan və süni tənəffüs verməyə kömək edən Xulio Koriadan gedir.
Koria əvvəllər israrla bildirib ki, işlə bağlı təqsirləndirilən həkimlərlə yaxın əlaqəsi olmayıb və onlarla telefonla danışmayıb. Lakin istintaq bunun əksini sübut edib.
Maradonanı ölümündə günahlandırıan yeddi həkimin məhkəməsi martın 11-də başlayıb. Məhkəmə 192 şahidin ifadəsini dinləməli, çoxlu sübutları - tibbi müayinə və rəyləri, səs yazılarını, müttəhimlərin yazışmalarının məzmununu araşdırmalı olacaq. Proses ən azı iyulun ortalarına qədər uzanacaq.
Qəsdən törədildiyi ehtimal edilən qətldə futbolçunun psixiatrı, neyrocərrah, psixoloq, iki həkim və iki tibb bacısı ittiham olunur. Onları 8 ildən 25 ilə kimi həbs cəzası gözləyir.
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.
İdman.biz