"Mənim ilk beynəlxalq təcrübəm bizim arzuladığım kimi start götürmədi".
İdman.biz xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Rəşad Eyyubov öz sosial şəbəkə hesabında yazıb.
O, paylaşımda futbolçuların uğur qazanmaq üçün əllərindən gələni etdiklərini bildirib: "Futbolçular məşqçi heyəti və inzibati heyət kimi bütün güclərini sərf etdilər. İndi gözəl sözlər və fikirlər söyləmək vaxtı deyil. Günahkarlar axtarmaq lazım deyil - hamımız bu məsuliyyəti daşıyırıq və əminəm ki, bilrikdə çətin vəziyyətdən çıxacağıq".
Qeyd edək ki, Azərbaycan yığması yoldaşlıq oyunlarında Haitiyə 0:3, Belarusa isə 0:2 hesabları ilə uduzub.
İdman.biz