Nəriman Axundzadə “Molde”də

Xəbərlər
26 Mart 2025 23:17
163
Nəriman Axundzadə “Molde”də

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını ölkə xaricində davam etdirəcək.

İdman.biz Football.az-a istinadən xəbər verir ki, 20 yaşlı hücumçu Norveçin “Molde” klubuna keçəcək.

Nəriman transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb. Baş tutacaq keçidin detalları hələlik açıqlanmasa da, “Molde”nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

İdman.biz