Trezege klub prezidenti olmaq istəyir

Xəbərlər
27 Mart 2025 10:39
43
Trezege klub prezidenti olmaq istəyir

"Yuventus"un və Fransa millisinin sabiq hücumçusu David Trezege Argentinanın "River Pleyt" klubunun prezidenti vəzifəsinə namizədliyini irəli sürməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, bu barədə "L'Equipe" "TNT Sport"a istinadən məlumat yayıb.

Atası Xorxe Trezege Argentina klublarında çıxış etdiyindən fransalı futbolçunun uşaqlığı bu ölkədə keçib. Həmçinin o, 2012-2013-cü illərdə "River Pleyt"də çıxış edib.

Trezegenin 2021-ci ildə "Yuventus"un səfiri vəzifəsindən ayrıldıqdan sonra yeni futbol layihəsi axtarışında olduğu bildirilir. Məlumata görə, hazırda keçmiş forvard komandasını 2025-ci ilin dekabrında "River Pleyt"də keçiriləcək seçkilərə hazırlayır.

Trezege karyerasının böyük hissəsini “Yuventus”da keçirib və Turin klubunun tarixində ən məhsuldar əcnəbi futbolçudur. O, Fransa millisi ilə 1998-ci ildə dünya çempionu və 2000-ci ildə Avropa çempionu olub. AVRO-2000-də İtaliya komandası ilə finalda qızıl qol vuraraq komandasına 2:1 hesablı qələbə qazandırıb. Trezege "River Pleyt"də isə 37 oyun keçirib və 17 qol vurub.

İdman.biz

Məqalədə: