Osimhen - daha bir Premyer Liqa klubunun hədəfində

Xəbərlər
27 Mart 2025 11:16
50
Osimhen - daha bir Premyer Liqa klubunun hədəfində

Hazırda Premyer Liqada 3-cü pillədə qərarlaşan "Nottingem Forest" klubu da icarə əsasında "Qalatasaray"da çıxış edən "Napoli"nin nigeriyalı forvardı Viktor Osimhen uğrunda mübarizəyə qoşulub.

İdman.biz xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Nottingem Forest"in 26 yaşlı nigeriyalı hücumçu uğrunda mübarizədə “Mançester Yunayted” və PSJ-yə qalib gəlmək üçün İtaliya klubuna 75 milyon avro ödəmək niyyətində olduğu bildirilir.

"Qalatasaray" Osimheni ötən ilin sentyabrında "Napoli"dən icarəyə götürüb. Bu mövsüm hücumçu bütün turnirlərdə 30 matçda 26 qol vurub və 5 məhsuldar ötürmə edib. Daha əvvəl mətbuatda Osimhenlə “Mançester Yunayted” və “Yuventus”un maraqlandığı xəbəri yayılmışdı. PSJ də hələ 2024-cü ilin yayından onu diqqətdə saxlayır.

Qeyd edək ki, "Transfermarkt"a görə nigeriyalının transfer dəyəri 70 milyon avrodur.

İdman.biz