İtaliya A seriyasının ən yüksək ödənişli futbolçuları bəlli olub.
İdman.biz xəbər verir ki, “Ekip” nəşrinin siyahısına Duşan Vlahoviç başçılıq edir.
“Yuventus”un futbolçusu ayda 1,62 milyon avro maaş alır. Daha üç oyunçunun ayılıq qazancı 7 rəqəmlə ifadə olunur.
Lautaro Martines (“İnter”) 1,39, Paulo Dibala (“Roma”) 1,08, Nikolo Barella (“İnter”) 1 milyon maaş alır. “Top-5”i Hakan Çalhanoğlu qapayır. “İnter”linin maaşı 950 min avrodur.
Qeyd edək ki, bu rəqəmlər vergilər ödənmədən nəzərə alınıb.
İdman.biz