A Seriyasında 12-ci pillədə qərarlaşan “Cenoa” yeni formasını “Boka Xuniors”a həsr edib.
İdman.biz xəbər verir ki, İtaliya təmsilçisi cari mövsüm üçün Argentina klubunun üslubunda hazırlanmış dördüncü formasını təqdim edib.
“Boka Xuniors” 1905-ci il aprelin 3-də Genuyadan olan mühacirlər tərəfindən təsis edilib. “Cenoa” da əfsanəvi Dieqo Maradonanın keçmiş klubunun 120 illik yubileyini məhz belə təbrik etmək qərarına gəlib.
Qeyd edək ki, martın 29-da “Yuventus”la oyunda Genuya klubu bu formada çıxış edəcək.
İdman.biz