“Qarabağ”ın futbolçusu Nəriman Axundzadənin Norveçin “Molde” klubuna transferi baş tutmayacaq.
Klubdan İdman.biz-ə verilən xəbərə görə, Norveç təmsilçisi 20 yaşlı hücumçu ilə bağlı Azərbaycan çempionuna rəsmi təklif göndərsə də, razılıq əldə olunmayıb.
“Qarabağ” “Molde”yə şərtlərini göndərməsinə baxmayaraq, qarşı tərəfdən geridönüş edilməyib.
Transferin yayda reallaşdırılması gözlənilir.
Qeyd edək ki, Norveçdə transfer pəncərəsi bu gün bağlanacaq.
Aytac Sahəd
İdman.biz