“Xan Lənkəran” futbolçu tapmayıb, çempionatdan çıxarılıb

Xəbərlər
27 Mart 2025 16:14
61
“Xan Lənkəran” futbolçu tapmayıb, çempionatdan çıxarılıb

“Xan Lənkəran”ın 13 yaşadək qızlardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Cənub təmsilçisi U-13 Qızlar Liqasının “Şəfa” ilə oyununa çıxa bilməyib. “Xan Lənkəran”ın heyətində yetərsay olmaması səbəbindən matç baş tutmayıb.

Lənkəran təmsilçisinə futbolçu tapmadığı üçün 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığı üçün cənublular yarışlardan kənarlaşdırılıb.

İdman.biz

Məqalədə: