Qazaxıstan Futbol Federasiyası (KFF) və bir sıra futbol klublarında prokurorluq yoxlaması nəticəsində 3 milyard təngə (10,2 milyon manat) məbləğində ziyana səbəb olan maliyyə pozuntuları və səmərəsiz idarəetmə aşkarlanıb.
İdman.biz xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Maliyyə pozuntularına KFF-də işçilərə və idmançılara 300 milyon təngə məbləğində əsassız mükafatlar, Talqarda federasiyanın obyektlərinin tikintisi zamanı başa çatdırılmamış işlərə görə 350 milyon təngə məbləğində ödəniş, Almatı vilayətində 2021-ci ildən dondurulmuş bazanın tikintisi daxildir. Həmçinin konkret icra mexanizmləri olmadan sənədlərin hazırlanmasına 135 milyon təngə xərclənib.
“Ordabası”, “Aktobe” və “Jetısu” klublarında aparılan yoxlamalar zamanı şişirdilmiş müqavilə məbləğləri, futbolçuların alışı və satışında saxtakarlıq və vəsaitlərin oğurlanması aşkar edilib.
Federasiyanın keçmiş rəhbərlərinə qarşı cinayət işi Maliyyə Monitorinqi Agentliyi verilib.
İdman.biz