Azərbaycan milli komandasının sabiq müdafiəçisi Saşa Yunisoğlunun Sportal.az saytına müsahibəsi
- Azərbaycan millisi Haiti və Belarus yığmasına qarşı yoldaşlıq görüşlərində uduzdu. Bu məğlubiyyətləri normal qəbul etmək lazımdır, yoxsa qəbulediməz nəticələrdir?
- Bu futboldur və məğlubiyyət qəbuledilməzdir ifadəsi də düz deyil. Təbii ki, hamı millimizdən qələbə istəyir. Amma gəlin razılaşaq ki, son 2-3 ildir ki, milli komandamız bərbad vəziyyətdədir. Bu vəziyyətdə artıq heç kim millidən qələbə gözləmir. Haiti bizdən güclü oynadı, həm də FİFA reytinqində bizdən üstündür. Belaruslarla oyunda düşünürdüm ki, bəlkə bu dəfə qalib gələrik. Çünki onlarla son 3 qarşılaşmada 2 dəfə qalib gəlib, 1 dəfə heç-heçə oynamışdıq. Amma bu dəfə Belarusa da uduzduq. Bilmirəm dünyada hansı zəif rəqib qalıb ki, onları çağıraq və heç olmasa onları udaq.
- Azərbaycan millisi əvvəlki illərdə də uduzurdu, amma ən azından hansısa matçda uğursuzluğun qarşısını qələbə ilə alırdı. İndiki milli isə heç cürə geri dönüş edə bilmir. Sizcə, çatışmayan nədir?
- Fikirimcə, millimizin problemləri elə ümumi Azərbaycan futbolunun problemidir. Bu dövrün oyunçuları artıq öz potensialını xərcləyiblər və bunlarla artıq heç bir nəticə qazanmaq mümkün olmayacaq. Bu futbolçuların oyunları çıxartmaq üçün nəinki xarakteri, artıq gücləri də yoxdur. Bu da Fernandu Santuşun səhvi və ya problemi deyil. Çünki yeni gələn nəsil azdır və Hələ ki tam yetişməyib .Adaptasiya üçün vaxt lazımdır. Amma Belarusla oyunda məni çox sevindirən durum Xəyəl Əliyev, Şahin Şahniyarov, Səbuhi Abdullazadə kimi gənc futbolçuların özlərini çox yaxşı tərəfdən göstərə bilməsidir. Düşünürəm ki millimizin futbolçularının dövrününün dəyişməsi vaxtı gəlib çatıb. "Köhnə qvardiya" artıq milli ilə vidalaşmalıdır.
- Millidə lider futbolçunun olmaması daha çox müzakirə edilir. Liderlik keyfiyyəti olan oyunçular olsaydı, milli daha uğurlu çıxış edərdi?
- Bəli, o da səbəblərdən biridir. Milli komandada məsuliyyəti öz üzərinə götürə biləcək, bütün komandanı ətrafına yığaraq lazım gəldikdə, silkəmək, motivasiyə vermək üçün, ağır sözü deyə biləcək oyunçu yoxdur. Meydançada o xarakterdə oyunçu görünmür. Səviyyəmiz aşağıdadırsa, heç olmasa xarakter sayəsində bəzi oyunları udmaq olar. Təssüf ki, o da yoxdur.
- DÇ-2026-nın seçmə mərhələsindəki rəqiblərimiz Ukrayna, İslandiya və Fransadır. Bu qrupda xal qazanmaq şansı var millinin?
- Görün millimiz nə qədər zəif çıxış edir ki, biz artıq komandamızın qrupdan çıxmaq şansı var sualını vermirik, deyirik ki, heç olmasa xal qazana bilərik? Məncə, artıq bu sualın özündə cavab da var. Fransa, Ukrayna, İslandiya bizə futbol dərsi keçəcək. Bu da faktdır.
- Azərbaycan millisi nə vaxt gələəcək?
- Təssüflər olsun ki, biz zəif olduğumuzu etraf etməliyik. İstəməsək belə, son 2-3 ilin nəticələri bizi Avropanin autsayderinə çevirib. Bunun nəticəsində Millətlər Liqasında ən zəiflərin olduğu D qrupuna düşmüşük. Buna baxmayaraq əminəm ki, Azərbaycan futbolu dirçələcək. Millimizin bu nəticələri bizi hər şeyə sıfırdan başlamağa məcbur edəcək.
İdman.biz