“Barselona” tarixində ikinciliyə şərik

Xəbərlər
28 Mart 2025 10:26
44
“Barselona” tarixində ikinciliyə şərik

Hans-Diter Flik “Barselona”nın baş məşqçisi postundakı qələbə faizinə görə ikinci pilləyə şərik olub.

İdman.biz xəbər verir ki, bu, La Liqanın “Osasuna” ilə matçından sonra rəsmiləşib.

İspaniya klubu alman mütəxəssisin rəhbərliyi altında çıxdığı 44 oyunda 33 qələbə qazanıb. 75 faizlik göstəriciyə malik Flik Tito Vilanovaya çatıb.

Bu, 10 və daha çox oyunda baş məşqçi olanlar arasında ikinci göstəricidir. Yalnız Luis Enrike daha yaxşı nəticəyə malikdir – 76,24 faiz.

Qeyd edək ki, “Barselona” “Osasuna”ya 3 cavabsız qolla qalib gəlib.

İdman.biz