Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək.
İdman.biz xəbər verir ki, IV dövrə Tovuzda başlayacaq.
“Turan Tovuz”la “Qarabağ” çempionatda 12-ci duelə çıxacaq. Əvvəlki oyunlarda Ağdam klubu böyük üstünlüyə malikdir.
7 qələbəsi olan “Qarabağ” 2 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqində üstünlük ikiqatdır – 24-12.
Amma Kurban Berdıyevin Tovuz klubunun baş məşqçisi təyin olunmasından sonra “Qarabağ” sindromla üzləşib. “Turan Tovuz” mövsümün 3 matçında uduzmayıb.
Səfərdə məğlub olmayan “Qarabağ” Berdıyevli rəqibi ilk dəfə məğlub etməyə çalışacaq. Tovuzlular isə son çempiona mövsüm ərzində uduzmamaq niyyətindədir.
20.10.2022 |
Qarabağ - Turan Tovuz |
3:0 |
09.11.2022 |
Turan Tovuz - Qarabağ |
0:2 |
25.01.2023 |
Turan Tovuz - Qarabağ |
2:3 |
28.05.2023 |
Qarabağ - Turan Tovuz |
3:1 |
13.08.2023 |
Qarabağ - Turan Tovuz |
3:0 |
20.10.2023 |
Turan Tovuz - Qarabağ |
2:2 |
17.03.2024 |
Turan Tovuz - Qarabağ |
1:3 |
17.05.2024 |
Qarabağ - Turan Tovuz |
4:3 |
24.08.2024 |
Qarabağ - Turan Tovuz |
0:1 |
01.11.2024 |
Turan Tovuz - Qarabağ |
0:0 |
26.01.2025 |
Qarabağ - Turan Tovuz |
1:2 |
Qeyd edək ki, Tovuzdakı oyun saat 19:30-da başlayacaq.
İdman.biz