“Aminin əməliyyatı uğurlu keçdi, hazırda özünü yaxşı hiss edir”
Bunu İdman.biz-ə Amin Seydiyevin həyat yoldaşı Aysun Seydiyeva deyib.
O, “Sabah”ın futbolçusunun səhhətindəki son durumu açıqlayıb: “Əməliyyatdan yeni çıxıb. Hazırda bir qədər ağrıları var. Həkimlər üç aya bərpa olacağını deyir. Qasıq əzələsində problem yaranmışdı”.
Bu isə o deməkdir ki, Amin üçün Misli Premyer Liqası və Azərbaycan kuboku vaxtından əvvəl başa çatıb.
Qeyd edək ki, Seydiyev martın 25-də millimizin Belarusla keçirilən yoldaşlıq matçında zədələnib.
Aytac Sahəd
İdman.biz