"Qarabağ"ın müdafiəçisi məşqlərə nə vaxt başlayacaq?

Xəbərlər
28 Mart 2025 13:55
43
"Qarabağ"ın müdafiəçisi məşqlərə nə vaxt başlayacaq?

"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun kollektivə qoşulacağı tarix bəlli olub.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, zədəli olduğu üçün uzun müddətdir ki, komandaya kömək edə bilməyən müdafiəçi artıq müalicəsini başa vurub.

Hüseynovun bu həftə fərdi məşqlərə başlayacağı gözlənilir.

O, ayın sonuna qədər kollektivlə məşqlərə start verəcək və mövsümün qalan hissəsində "Qarabağ"a kömək edə biləcək.

İdman.biz