Keniya millisinin futbolçusu “Kəpəz”də

Xəbərlər
28 Mart 2025 12:55
50
Keniya millisinin futbolçusu “Kəpəz”də

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, Gəncə təmsilçisi Conston Omurvanı heyətinə cəlb edib.

Keniyalı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Omurva mərkəz müdafiəçisi mövqeyində çıxış edir. 26 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub. Keniya millisinə dəvət alan Conston Portuqaliyada "Eştrela"nın da formasını geyinib.

İdman.biz