İsrail klubları avrokuboklarda harada oynayacaq?

Xəbərlər
28 Mart 2025 14:21
53
İsrail klubları avrokuboklarda harada oynayacaq?

İsrail klubları avrokubokların 2025/26 mövsümündə də ev oyunlarını ölkədən kənarda keçirəcək.

İdman.biz xəbər verir ki, UEFA bu ölkə təmsilçilərinin öz meydanında oynamasını hələ məqsədəuyğun saymayıb.

Qurum İsrail klublarını bu barədə məlumatlandırıb. Onlara oynayacaqları arenaları müəyyənləşdirmək və UEFA-nı xəbərdar etmələri istənilib.

Qeyd edək ki, avrokubokların yeni mövsümü iyulda start götürəcək.

İdman.biz

Məqalədə: