Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nəsr” heyətinə daha bir futbolçu qatmağı planlaşdırır.
İdman.biz xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Məhəmməd Kudusun xidmətində maraqlıdır.
Yarımmüdafiəçi İngiltərə Premyer Liqasında “Vest Hem” klubunda çıxış edir. Asiyalılar qanalı futbolçu üçün 84 milyon funt sterlinq xərcləməyə hazırdır.
Qeyd edək ki, Kudusun özü də “Əl-Nəsr”ə keçməyə razıdır.
İdman.biz