Dani Alveş - bir il həbs yatıb, indi də bəraət alıb

Xəbərlər
28 Mart 2025 16:49
49
Dani Alveş - bir il həbs yatıb, indi də bəraət alıb

"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş zorlama ittihamı ilə bağlı bəraət alıb.

İdman.biz xəbər verir ki, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa, ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü ləğv edib.

Alveş bir qadına təcavüz itthamı ilə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir il həbsdən sonra Barselona məhkəməsi keçmiş futbolçunu hökmdən apellyasiya şikayətinə qədər 1 milyon avro girov müqabilində azadlığa buraxmışdı.

Qeyd edək ki, bəzi mənbələr 41 yaşlı Alveşin haqsız yerə həbsxanada keçirdiyi vaxta görə təzminat alacağını bildirir.

İdman.biz