Marko Yankoviç: “Məndən də yaxşı futbolçuların daha az oynadığını yaxşı bilirəm”

Xəbərlər
28 Mart 2025 16:20
65
Marko Yankoviç: “Məndən də yaxşı futbolçuların daha az oynadığını yaxşı bilirəm”

"Millimizin heyətində 50 oyuna çıxmaq mənə statistikadan artıq məna verir”.

İdman.biz xəbər verir ki, bu sözlər “Qarabağ”ın və Monteneqro millisinin futbolçusu Marko Yankoviçə məxsusdur.

30 yaşlı yarımmüdafiəçi yığmada 50 oyun keçirməsi ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb: “Bu, 25 illik məşq, fədakarlıq, mübarizə və davamlı inkişaf arzusudur. Yığmamızda məndən də yaxşı futbolçuların daha az oynadığını yaxşı bilirəm. Bu üzdən bu formanı böyük qürur və minnətdarlıqla daşıyıram. Ailəmə, dostlarıma, məşqçilərimə, komanda yoldaşlarıma və azarkeşlərə həmişə çətin anlarda dəstək olduqları üçün minnətdaram”.

Qeyd edək ki, Marko 2016-cı ildən yığmada çıxış edir.

İdman.biz

Məqalədə: