Kadi “Turan Tovuz”un qapıçısından üzr istəyib

Xəbərlər
29 Mart 2025 00:40
78
Kadi “Turan Tovuz”un qapıçısından üzr istəyib

“Turan Tovuz”un qapıçısı İvan Konovalov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) rəqib futbolçu Kadi Borgeslə aralarındakı insident barədə geniş danışmaq istəməyib.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, rusiyalı qolkiperin “Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabı qısa olub.

İvan Konovalov bunu deyib: “Bu, ikimiz arasında olan məsələdir. O, daha sonra hərəkətinə görə üzr istədi. Odur ki, bu məsələni müzakirə etməyə dəyməz. O dedi, mən dedim, daha sonra yaxınlaşdı və sözlərinə görə üzrxahlıq etdi”.

Qeyd edək ki, "Qarabağ" səfərdə 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz