“Neftçi” “kabus”u ilə üz-üzə

Xəbərlər
29 Mart 2025 11:37
49
“Neftçi” “kabus”u ilə üz-üzə

Misli Premyer Liqasının XXVIII turunun ikinci günü Bakıda başlayacaq.

İdman.biz xəbər verir ki, “Neftçi” öz meydanında “Araz-Naxçıvan”la qarşılaşacaq.

Bu, rəqiblərin çempionatda 12-ci oyunu olacaq. Əvvəlki görüşlərdə qələbə sayında tarazlıq hökm sürür. Hərəyə 4 qələbə qazanan komandalar 3 dəfə heç-heçə ediblər.

Amma top fərqində böyük üstünlük müşahidə olunur. “Neftçi” darmadağınlar hesabına öndədir – 22-7.

Lakin Bakı klubu son vaxtlar “kabus”la üzləşib. “Ağ-qaralar” ardıcıl 3 görüşdə qələbə qazanmayıb. “Araz-Naxçıvan” son 2 oyunda qalib gəlib.

09.09.2000

Araz - Neftçi

0:7

02.05.2001

Neftçi - Araz

6:0

30.09.2001

Neftçi - Araz

3:0

15.12.2001

Araz - Neftçi

0:0

16.09.2023

Araz-Naxçıvan - Neftçi

1:0

26.11.2023

Neftçi - Araz-Naxçıvan

1:1

13.02.2024

Araz-Naxçıvan - Neftçi

1:0

13.04.2024

Neftçi - Araz-Naxçıvan

3:0

24.08.2024

Araz-Naxçıvan - Neftçi

1:1

01.11.2024

Neftçi - Araz-Naxçıvan

0:1

26.01.2025

Araz-Naxçıvan - Neftçi

2:1

Qeyd edək ki, qarşılaşma saat 16:45-də başlayacaq.

İdman.biz