"Çelsi" 120 illik yubileyi münasibəti ilə tarixinin ən yaxşı futbolçularından formalaşan rəmzi komandanı açıqlayıb.
İdman.biz xəbər verir ki, London klubunun rəsmi saytı azarkeşlər arasında səsvermə nəticəsində seçilən 11 əfsanənin siyahısını dərc edib.
"Çelsi" klubu 2025-ci il martın 10-da yaranmasının 120 illiyini qeyd edib. Hazırda London klubu Enzo Mareskanın rəhbərliyi altında 29 oyundan sonra 49 xal toplayaraq Premyer Liqada turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
"Çelsi" tarixinin rəmzi komandası:
Qapıçı: Petr Çex;
Müdafiəçilər: Eşli Koul, Tiaqo Silva, Con Terri, Sezar Aspilikueta;
Yarımmüdafiəçilər: N'Qolo Kante, Frank Lempard, Klod Makelele;
Hücumçular: Eden Azar, Didye Droqba, Canfranko Dzola.
İdman.biz