“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges Misli Premyer Liqasının bombardirlər siyahısında Leandro Andradeni qabaqlayaraq lider olub. Söhbət futbolçuların vurduqları qolların meydanda oynadıqları dəqiqələrə nisbətinə görə orta göstəricidən gedir.
İdman.biz xəbər verir ki, kabo verdeli futbolçu 11 qolla ən çox qol vuran bombardirlər siyahısında liderliyini qorusa da, orta məhsuldarlqda ilk pilləni braziliyalı komanda yoldaşına təhvil verib.
Qışda “Köhlən atlar”ın sırasına qayıdan Kadi son turda “Turan Tovuz”un qapısından 2 qol keçirməklə qollarının sayını 4-ə çatdırıb. Bu qolları o, meydana çıxdığı 7 oyunda vurub. Orta hesabla Borges hər 130 dəqiqədən bir qol vurur.
Son oyunda fərqlənməyən Leandro Andradenin göstəricisi 147-yə düşüb və nəticədə o, ikinci pilləyə enib.
“Turan Tovuz”a qol vurmuş daha iki “Qarabağ”lı çempionatda orta hesabla 200 dəqiqədən tez qol vuran 8 futbolçunun sırasında yer alır. Aleksey Kaşşuk orta 163 dəqiqə göstərici ilə 3-cü, Nəriman Axundzadə 189 dəqiqə göstərici ilə 7-ci pillədədir. Siyahıda ilk “üçlüy”ü tam ələ keçirən çempion, “8-lik”də 5 nəfərlə təmsil olunur. Musa Qurbanlı (187) 6-cı pillədədir.
Meydana çıxdığı 5 oyundakı 172 dəqiqədə 1 qol vuran Bassala Sambu (“Neftçi”) lider “üçlüy”ün ardından 4-cü pillədə qərarlaşıb. Davit Volkov (“Zirə”, 182) 5-ci, Coy Lens Mikels (“Sabah”, 198) 8-cidir.
Y |
Futbolçu/klub |
Or |
Q |
Oy |
D |
1 |
Kadi Borges (“Qarabağ”) |
130 |
4 |
7 |
521 |
2 |
Leandro Andrade (“Qarabağ”) |
147 |
11 |
28 |
1623 |
3 |
Aleksey Kaşşuk (“Qarabağ”) |
163 |
6 |
20 |
978 |
4 |
Bassala Sambu (“Neftçi”) |
172 |
1 |
5 |
172 |
5 |
Davit Volkov (“Zirə”) |
182 |
9 |
26 |
1641 |
6 |
Musa Qurbanlı (“Qarabağ”) |
187 |
4 |
16 |
747 |
7 |
Nəriman Axundzadə (“Qarabağ”) |
189 |
8 |
23 |
1516 |
8 |
Coy Lens Mikels (“Sabah”) |
198 |
8 |
22 |
1585 |
Qeyd: Y – yer, Or – orta, Q – qol, Oy – oyun, D – dəqiqə.
Vüqar Məmmədov
İdman.biz