"Transfermarkt" dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komandanı tərtib edib.
İdman.biz xəbər verir ki, bu "onbirliy"in müdafiəsində "Arsenal"dan iki, həm yarımmüdafiə, həm də hücumunda isə Madrid "Real"ından iki futbolçu yer alıb.
Dünyanın ən bahalı futbolçularından ibarət rəmzi komanda:
Qapıçı: Qreqor Kobel ("Borussiya Dortmund") - 40 milyon avro;
Müdafiəçilər: Uilyam Saliba ("Arsenal") - 80 milyon avro, Alessandro Bastoni ("İnter") - 80 milyon avro, Qabriel Maqalhaes ("Arsenal") - 75 milyon avro;
Yarımmüdafiəçilər: Federiko Valverde ("Real Madrid") - 130 milyon avro, Cud Bellingem ("Real Madrid") - 180 milyon avro, Florian Virtz ("Bayer") - 140 milyon avro;
Hücumçular: Lamin Yamal ("Barselona") - 180 milyon avro, Vinisius Junior ("Real Madrid") - 200 milyon avro, Erlinq Holand ("Mançester Siti") - 200 milyon avro, Kilian Mbappe ("Real Madrid") - 170 milyon avro.
İdman.biz