Razılıq əldə olunub: Azərbaycanlı futbolçular Türkiyənin tanınmış klublarında - FOTO

Xəbərlər
29 Mart 2025 15:18
64
Razılıq əldə olunub: Azərbaycanlı futbolçular Türkiyənin tanınmış klublarında - FOTO

“Bugünlərdə Türkiyənin ən məşhur FİFA agentləri və klub rəhbərləri ilə səmərəli görüşlər keçirdik. Bizimlə müqaviləsi olan futbolçular İstanbulun ən köklü klubunda baxışda olacaqlar. Məqsədimiz onların legioner həyatı yaşamasıdır”.

Bunu İdman.biz-ə Azərbaycanın imtahanla keçən ilk rəsmi FiFA agenti Səid Bağırov deyib.

İstanbulda Türkiyənin ən məşhur FİFA agentlərinin dəvəti ilə görüşlərdə iştirak edən “QOLAT Football Agency”nin rəhbəri perspektivdə qarşılıqlı səfərlərin olacağını, artıq bir neçə tanınmış futbol adamının qarşıdakı günlərdə Azərbaycana səfər edərək, Premyer Liqa matçlarını yerində izləmək istədiklərini bildirib.

Yaxınlarda sürprizlər ola biləcəyinin anonsunu verən Bağırov “Ümraniyyəspor”un akademiyasında olub və komandanın baş məşqçisi Bülent Bölükbaşı ilə görüşüb, maraq göstərdiyi oyunçuların siyahısını təqdim edib.

“Yeni mövsüm öncəsi bir neçə futbolçumuz İstanbula yollanacaq. Hələlik adı çəkmək istəmirəm. Qoy indi sirr olaraq qalsın. Gələn həftə tanınan türkiyəli baş məşqçilərdən biri Azərbaycana səfər edəcək. Hətta izləmək istədiyi matçların siyahısını da tərtib edib. Bu “Səbail” - “Turan Tovuz”, “Zirə” - “Qarabağ” və “Sabah” - “Kəpəz” qarşılaşmalarıdır. Şirkət olaraq bizimlə çalışmaqdan məmnun olduğunu diqqətə çatdırıb” -deyə “QOLAT Football Agency”nin rəhbəri qeyd edib.

İdman.biz

Məqalədə: