“Çelsi” Niko Uilyamsın transferi ilə bağlı danışıqlara başlayıb.
İdman.biz xəbər verir ki, İngiltərə klubu 22 yaşlı vingeri yayda heyətinə qatmaq istəyir.
İspaniyalının “Atletik”lə müqaviləsində onun 58 milyon avroya sərbəst qalması ilə bağlı bənd yer alıb. London klubu bu şərtdən yararlanmaq niyyətindədir.
Əgər “Çelsi” Çempionlar Liqasına çıxmasa, transfer düyünə düşə bilər. Məsələ ondadır ki, Niko qitənin ən nüfuzlu klub turnirində oynamaq iddiasındadır.
Qeyd edək ki, Uilyams mövsümün 37 matçında 9 qol və 7 assistə imza atıb. Onun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
İdman.biz