PSJ bu gün çempionluğunu rəsmiləşdirə bilər

Xəbərlər
29 Mart 2025 16:36
59
PSJ bu gün çempionluğunu rəsmiləşdirə bilər

PSJ bu gün 13-cü Fransa çempionluğunu qazana bilər.

İdman.biz xəbər verir ki, Luis Enrikenin yetirmələri Liqa 1-də finişə 7 tur qalmış rəqibləri üçün əlçatmaz ola bilərlər.

PSJ hazırda ən yaxın izləyicisi "Marsel" 19 xall qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Çempionluğu bayram etməsi üçün Paris klubunun bu gün rəqib meydanında "Sent-Etyen"ə qalib gəlməsi, həmçinin "Marsel"in səfərdə "Reyms"ə məğlub olması və "Monako" ilə "Nitsa"nın qarşılaşmasında isə heç-heçənin qeydə alınması lazımdır.

Qeyd edək ki, bu halda 27 turdan sonra PSJ-nin xalı 71 olacaq və 49 xallı "Marsel" və hərəyə 48 xallı "Monako" və "Nitsa" qalan yeddi turda ona çata bilməyəcəklər.

İdman.biz

Məqalədə: